BAKI, 14 mart. TELEQRAF

"Geosiyasi düzən dəyişməkdədir. Bu, İkinci Dünya müharibəsindən sonra dünyanın inkişafına təhdiddir".

Teleqraf xəbər verir ki, bunu Monteneqronun sabiq prezidenti Milo Dukanovic XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Sülhə gedən yol" panel müzakirələrində bildirib.

O, çıxışında deyib: "Biz elə bir dövrdə yaşayırıq ki, xaos davamlı artır və dünyanın qərb ölkələrini daha çox əhatə edir. Atlantik bəşəriyyət dəyişməkdədir. Avropa və ABŞ-də siyasətin ucuzlaşmasını görürük. Bu isə Şərqin təsiri ilə deyil. Gedəcəyimiz istiqamətin nə olduğunu düşünməliyik. Bunu etməsək, qorxuram kifayət qədər ciddi fəsadlarla üzləşək. Dünyada demokratiyanı avtokratiya ilə dəyişmək istəyən insanların sayı çoxdur".