
BAKI, 14 mart. TELEQRAF
"XII Qlobal Bakı Forumu keçmiş prezidentləri və sabiq baş nazirləri, o cümlədən tanınmış ekspertləri bir araya gətirən vacib bir tədbirdir".
Bunu Teleqraf-a ABŞ-nin Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Syuzan Eliot XII Qlobal Bakı Forumunda bildirib.
"Donald Tramp Rusiya-Ukrayna müharibəsininin sülh yolu ilə bitməsini qətiyyətlə təsdiqləyir. Ümid edirəm ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsinin sülhlə bitməsinə inandıra biləcək", - deyə Syuzan Eliot Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.
"Mən Qarabağla bağlı problemi uzun müddət araşdırmışam. Regionda sülhü və bunun davamlı olmasını səbrsizlliklə gözləyirəm",- S.Eliot açıqlayıb.