BAKI, 14 mart. TELEQRAF

Azərbaycan ilə Çili, Maldiv, Kolumbiya, Vyetnam və digər xarici ölkələr arasında ümumvətəndaş pasportuna malik vətəndaşların vizasız gediş-gəlişi ilə bağlı danışıqlar aparılır.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda Azərbaycan ilə Seneqal, Oman, Banqladeş, Cibuti Respublikası, Tailand, Burundi, Uqanda, Efiopiya və bir sıra digər xarici ölkələr arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi ilə bağlı müqavilələr üzrə danışıqlar davam etdiyi ilə bağlı da məlumat verilib.