​BAKI, 13 mart. TELEQRAF

"İnsanlar həmişə sülh arzulasalar da, müharibələr yenə də baş verir".

Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunda keçirtdiyi brifinqdə deyib.

Xanım prezident Azərbaycan və Azərbaycan Prezidentinə təşəkkür edib: "Çünki bu platforma problemləri sülh yolu ilə həll etməyə imkan verir. Bu mexanizmdən istifadə edərək dəyişiklər üçün addımlar atmaq mümkündür. Bu platformada çox problemlər həll oluna bilər. Çünki biz Birləşmiş Millətlər Təşkilatının (BMT) statusu haqqında da müzakirələr aparırıq".