​BAKI, 13 mart. TELEQRAF

"BMT humanitar yardım, insan hüquqları istiqamətdə vacib addımlar atır".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hələ də müəyyən hədəflərə çatmaq mümkün olmayıb: "BMT humanitar yardım, insan hüquqları istiqamətdə əhəmiyyətli addımlar atır. Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı 170 milyon insana yardım edib. Həmçinin, UNİCEF tərəfindən uşaqların peyvəndlənməsi aparılıb. Ancaq islahatlara ehtiyac var. Ofisimiz danışıqlar üçün qapılarını açıb. Dünya düzəni ilə bağlı əməkdaşlıq genişlənməlidir. Gələcək illər üçün nəzərdə tutulan tədbirlər planı çoxtərəflilik istiqamətinə yönəldilib. Qlobal razılaşmalar beynəlxalq əməkdaşlığın artmasına imkan yaradır. Bu mexanizmlərlə münaqişələrin qarşısını ala, problemləri aradan qaldıra bilərik".