BAKI, 13 mart. TELEQRAF

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

***

10:05

Martın 13-də “Gülüstan sarayı”nda XII Qlobal Bakı Forumu başlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimində iştirak edir.

Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun builki mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi”-dir.

XII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Albaniya Prezidenti Bayram Beqay və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə yanaşı 25-dən çox sabiq dövlət başçısı, 15-dən artıq keçmiş baş nazir, 10-a yaxın BMT agentliklərinin rəhbərlərii, 25-dən çox sabiq nazir və nazir müavinləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkədən 300-dən çox nüfuzlu dünya liderləri iştirak edir.

Qeyd edək ki, son illərdə Qlobal Bakı Forumu dünya siyasətində nüfuzlu platformalardan birinə çevrilib və BMT, Avropa İttifaqı, NATO kimi beynəlxalq qurumların rəsmilərinin, həmçinin sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi mühüm tədbirlərdən biri kimi tanınır.