BAKI, 20 fevral. TELEQRAF

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, görüş zamanı dövlət başçısı regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu deyib.

Azərbaycan lideri görüş zamanı 3+3 formatının əhəmiyyətini vurğulayıb.