Cənubi Qafqazda vəziyyət düzgün istiqamətdə irəliləyir.
Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
O qeyd edib ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı Vaşinqtonda qəbul etməsindən sonra əldə olunan irəliləyişlər müsbət qiymətləndirilir:
“ABŞ davamlı sülhün təmin olunmasına dəstək verməyə sadiqdir. Xüsusilə də rifah yaradan layihələr, o cümlədən “Tramp Marşrutu” vasitəsilə bu prosesə töhfə vermək istəyirik”.