QARABAĞ, 12 sentyabr. TELEQRAF
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində olublar.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar Gəncəsər monastırında olublar.
Qeyd edək ki, Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir.
Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir.
Kompleksin cənub qapısına yaxın yerləşən kilsənin əsasını 1216–1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub.
Xatırladaq ki, sentyabrın 11-də xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Diplomatlar ötən gün Xankəndi və Şuşada olublar.
FOTO: Elnur Muxtar