QARABAĞ, 12 sentyabr. TELEQRAF

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon yaxın zamanda İrəvana səfər edib.

Bu barədə Emi Karlo Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

“Bir neçə həftə əvvəl İrəvanda səfərdə olmuşam. Bu cür qarşılıqlı səfərlər bizim üçün qeyri-adi deyil. Bu, Cənubi Qafqazda davamlı sülh prosesinə töhfə vermək istiqamətində həyata keçirdiyimiz işlərin bir hissəsidir. Yəni bunlar qarşılıqlı səfərlər idi”, – o deyib.

Qeyd edək ki, ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili də bir neçə gün öncə Azərbaycana səfər edib.