QARABAĞ, 12 sentyabr. TELEQRAF

ABŞ bu il Bakıda keçiriləcək ADEX sərgisində iştirak edəcək.

Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

O, bu il ADEX sərgisinə ABŞ-dən Azərbaycana əvvəllər heç gəlməmiş yeni şirkətlərin qatılacağını diqqətə çatdırıb.

“Biz onların hərbi və müdafiə texnologiyaları sahəsində Amerikanın yüksək səviyyəli imkanlarını nümayiş etdirmələrindən məmnunuq. Bu il sərgidə iştirak edirik və bunu səbirsizliklə gözləyirik”.