BAKI, 12 sentyabr. TELEQRAF
Braziliyalı qapıçı Alisson Bekker mövsümün sonunda “Liverpul”dan ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
“Liverpul” müqaviləsinin müddəti başa çatacaq Alissonla yeni sözləşmə imzalamağı planlaşdırmır. 33 yaşlı futbolçunun gələn yay “Enfild”i azad agent kimi tərk edəcəyi gözlənilir. O, 2018-ci ildən “Liverpul”un formasını geyinir.
Braziliyalı qolkiper cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb, 5 qol buraxıb və 1 matçda qapısını toxunulmaz saxlayıb. Onun komandası 3 turdan sonra 5 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.