
BAKI, 19 fevral. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, görüşdə Hacıyev Prezident İlham Əliyevin salamlarını İsrailin Baş nazirinə çatdırıb.
Benyamin Netanyahu da öz növbəsində minnətdarlığını bildirərək, onun da salamlarının Azərbaycan dövlət başçısına çatdırılmasını xahiş edib.
Danışıqlar zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.