
BAKI, 18 fevral. TELEQRAF
Milli Azərbaycan Tarix Muzeyində Meksikanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Miqrant Ürək” adlı sərgi baş tutub.
Teleqraf xəbər verir ki, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeroya çıxış edib.
O bildirib ki, sərgi xaricdəki Meksikalılar İnstitutu tərəfindən Bakıda həyata keçirilir:
"Sərgi 23 miqrant rəssamın 40 əsərindən ibarətdir. Ümid edirəm ki, Bakı şəhərində təşkil ediləcək sərgi vasitəsilə insanlar vətəndən uzaqda yaşayan meksikalıların hisslərini, çağırışlarını duyacaqlar".
Mədəniyyət işləri üzrə attaşe Aristeo Qonzalez Qerrero çıxışında deyib edib ki, "Miqrant Ürək" sərgisi miqrant meksikalılar tərəfindən həyata keçirilib: "Onlar ABŞ-də yaşayırlar. Onların əsərləri vasitəsilə vətən həsrəti, vətənlə bağlı xatirələri əks olunur. Bu, yaşadığımız məkandan asılı olmayaraq ölkəmizə bağlılığımızı təsdiq edir".
Qeyd edək ki, sərgi Meksikada, ABŞ-nın Los Anceles, Çikaqo, Dallas, Hyuston, Mayami, Nyu-York kimi şəhərlərində də sərgilənib.