BAKI, 16 fevral. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif olunub.

Teleqraf "Tanjug" agentliyinə istinadən xəbər verir ki, nazir iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə mükafatlandırılıb.

Mərasimdə çıxış edən C.Bayramov qeyd edib ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.

O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyini göstərir.