BAKI, 23 may. TELEQRAF

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax sosial media hesabında paylaşım edib.

O, bu forumun indiyədək təşkil olunanların ən böyüyü olduğunu vurğulayıb:

"Forumda 176 ölkədən 57 000 iştirakçı, o cümlədən onlayn formatda 3 000 nəfər iştirak edib. Biz 11 dövlət və hökumət başçısını, həmçinin 88 naziri salamladıq. Qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" sənədi mənzil təminatının dayanıqlı şəhərsalma inkişafının mərkəzində durmalı olduğunu aydın şəkildə ortaya qoydu".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilib.