BAKI, 22 may. TELEQRAF

Mayın 17-də başlayan və 6 gün davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu gün başa çatıb.

Teleqraf xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilərin, ekspertlərin, şəhərsalma və davamlı inkişaf sahəsində fəaliyyət göstərən nümayəndələrin qatıldığı forum qlobal urbanizasiya çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma olub.

Forum mindən çox jurnalist tərəfindən işıqlandırılıb. Tədbir çərçivəsində keçirilən panel müzakirələri, təqdimatlar və görüşlər vasitəsilə şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və innovativ urbanizasiya həlləri ilə bağlı mühüm mesajlar səsləndirilib.

Öz növbəsində Teleqraf İnformasiya Agentliyinin əməkdaşları da forumda aktiv iştirak edərək, burada səsləndirilən əsas mesajların, yeniliklərin və mühüm məqamların geniş oxucu auditoriyasına operativ şəkildə çatdırılmasına töhfə veriblər.