BAKI, 22 may. TELEQRAF
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda mayın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının endirilməsi mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilib.
Bayraqların endirilməsi mərasimi forumun rəsmi olaraq yekunlaşdığını simvolizə edib.
Qeyd edək ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası (WUF14) Meksikada keçiriləcək.
FOTO: Elnur Muxtar