BAKI, 25 avqust. TELEQRAF
2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda qoruqları ümumilikdə 360 219 nəfər əcnəbi ziyarət edib.
Teleqraf Dövlət Turizm Agentliyinin məlumatlarına əsasən xəbər verir ki, hesabat dövründə qoruqları ziyarət edənlərin ümumi sayı 506 194 nəfər olub.
İlk 6 ay ərzində Azərbaycan qoruqları ən çox mayda ziyarətçi qəbul edib - 133 976 nəfər.