MİNGƏÇEVİR, 14 noyabr. TELEQRAF
Mingəçevirdə yeniyetmə qızı maşın vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M. Maqomayev küçəsində baş verib.
"Ford" markalı avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Musayeva Zəhra Elsəvər qızını vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.
13 yaşlı yeniyetmə ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.