BAKI, 14 noyabr. TELEQRAF
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkənin bütün hava limanlarında uçuşların müvəqqəti dayandırılmasının kiberhücum nəticəsində baş verdiyini düşünmür.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, FTB hadisənin kiberhücum və ya hər hansı cinayət əməli ilə əlaqəli olmadığını ehtimal edir.
Hazırda büro sistemdə yaranan nasazlığın proqram təminatının yenilənməsi nəticəsində baş verib-vermədiyini araşdırır.