BAKI, 14 noyabr. TELEQRAF

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

Teleqraf xəbər verir ki, D Liqasının II qrupunda mübarizə aparan Ayxan Abbasovun komandası səfərdə Lixtenşteyn yığmasının qonağı olub.

Vaduz şəhərindəki “Reynpark” stadionunda baş tutan qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.

Beləliklə, xallarının sayını 8-ə çatdıran Azərbaycan seçməsi qrupun son matçının nəticəsindən asılı olmayaraq, qrup mərhələsini lider kimi başa vurub. Aktivində 4 xal olan Litva hazırda ikinci, mübarizəni 1 xalla tamamlayan Lixtenşteyn isə üçüncü pillədə qərarlaşıb.

***

00:47

UEFA Millətlər Liqasının D Liqasının II qrupunda keçirilən Lixtenşteyn – Azərbaycan matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Vaduzdakı “Reynpark” stadionunda oynanılan görüşdə millimiz hesabda 1:0 öndədir.

Yığmamızın heyətində 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

***

00:35

UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyununda üz-üzə gələn Lixtenşteyn və Azərbaycan milliləri arasında qarşılaşmanın ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, D Liqasının II qrupu çərçivəsində Vaduz şəhərindəki “Reynpark” stadionunda keçirilən görüşdə yığmamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Komandamızın heyətində hesabı 26-cı dəqiqədə Mahir Emreli açıb.

Qeyd edək ki, qarşılaşmanı estoniyalı FIFA referisi Kristo Tohver idarə edir.