BAKI, 13 noyabr. TELEQRAF

BMW yanğın riski səbəbindən ABŞ-də 720.796 avtomobili geri çağırır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.

Agentlik həmçinin sürücülərə risk qrupuna daxil olan nəqliyyat vasitələrini təmir olunana qədər açıq havada park etməyi tövsiyə edib.

BMW problemi həll etmək üçün çalışır.

NHTSA-nın məlumatına görə, geri çağırılma BMW 3 Series, 5 Series, X1, X3, X4, Z4, eləcə də 2012-2018-ci illər arasında istehsal olunmuş bəzi digər modellərə təsir göstərir.