BAKI, 14 noyabr. TELEQRAF
ABŞ-də aviadispetçerlərin avadanlıqlarında yaranan nasazlıqlar fonunda Kanada hava məkanına yönləndirilən təyyarələrin təhlükəsiz hərəkətini təmin etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Kanada Hava Hərəkətinə Nəzarət Xidmətinin mətbuat xidməti “RİA Novosti”yə açıqlamasında bildirib.
Qurumun nümayəndələri qeyd ediblər ki, Kanada hava məkanında hava nəqliyyatının təhlükəsiz hərəkəti təmin olunur və bu, ABŞ-dan istiqamətləndirilə biləcək təyyarələrə də aiddir.