BAKI, 14 noyabr. TELEQRAF
ABŞ 2026-cı ilin sentyabr ayının sonunda Kiyevdəki səfirliyində Ukrayna ordusuna hərbi məsələlərlə bağlı məsləhətlər verən 75-ə qədər hərbi müşavirin fəaliyyətini təmin edib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanan hesabatda bildirilib.
Hesabata görə, Pentaqonun yaratdığı Ukraynaya Təhlükəsizlik Yardımı Qrupu (SAG-U) çərçivəsində fəaliyyət göstərən və “SAG-U Forward” adlandırılan müşavir qrupu sentyabrın sonuna 65-75 nəfərdən ibarət olub. Halbuki qrupun təsdiqlənmiş ştat sayı 93 nəfər təşkil edib.
Müşavirlər Ukrayna hərbçilərinə aviasiyanın fəaliyyəti, atəş gücü, kəşfiyyat, manevrlər, texniki xidmət və qərargah əməliyyatları ilə bağlı tövsiyələr veriblər.