BAKI, 14 noyabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Britaniyanın Feltewell aviabazasında naməlum pilotsuz uçuş aparatlarının aktivliyi ilə bağlı məlumatlar fonunda təhlükəsizlik sirenası səslənib.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti şahidlərin məlumatlarına istinadən yazıb.

Nəşrin yaxınlıqda yaşayan həmsöhbəti noyabrın 13-də yerli vaxtla saat 17:30 radələrində təxminən beş dəqiqə davam edən hərbi sirena səsləri eşitdiyini bildirib.

Onun sözlərinə görə, əvvəlcə bunun təlim olduğunu düşünüblər. Lakin daha sonra Amerika aksenti ilə danışan kişi səsgücləndirici vasitəsilə insanları binaları tərk etməməyə və sığınacaqda qalmağa çağırıb.

Qeyd edək ki, Feltewell aviabazası İngiltərənin şərqində, Norfolk qraflığında yerləşir.