BAKI, 14 noyabr. TELEQRAF

ABŞ-nin Yeni Orlean şəhərində tankerin kruiz gəmisinə çırpılması nəticəsində azı 32 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında məlumat verib.

Tramp bildirib ki, xəsarət alan 32 nəfər xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb.

***

03:20

ABŞ-nin Yeni Orlean şəhərinin limanında tanker sərnişin gəmisinə çırpılıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Böyük tanker körpüdə dayanan sərnişin gəmisi ilə toqquşub. Zərbənin təsirindən gəmi güclü şəkildə yana əyilib və onun bir hissəsi suyun altında qalıb.

Qəza zamanı kruiz gəmisində 130-dan çox sərnişin olub.

İnsidentdən sonra Yeni Orlean Universitetinin Tibb Mərkəzi və digər "LCMC Health" xəstəxanaları iyirmiyə yaxın zərərçəkəni qəbul edib.

Hadisə yerinə xilasetmə xidmətləri cəlb edilib. Mütəxəssislər toqquşmanın səbəblərini araşdırır.