BAKI, 14 noyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla münaqişədə qələbəsini İslam Respublikasının nüvə silahı yaratmaq üçün maliyyə və elmi-texniki imkanlardan birdəfəlik məhrum edilməsi ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, Rubio bu fikirləri Vaşinqtonda Amerika Federalist Cəmiyyətində çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, qələbə İranın heç bir halda nüvə silahına sahib ola bilməməsinin təmin edilməsidir. Bunun üçün ölkənin nüvə silahı proqramını maliyyələşdirmək üçün vəsaiti və müvafiq avadanlıqları olmamalıdır.
Dövlət katibi ABŞ-nin İrana qarşı iqtisadi təzyiqlərinin böyük zərər vurduğunu iddia edib. O bildirib ki, Vaşinqtonun tətbiq etdiyi tədbirlər nəticəsində İranın imkanları ciddi şəkildə zəifləyib və buna görə də hərbi əməliyyatlara ehtiyac qalmayıb.
İran rəsmiləri isə dəfələrlə ölkənin nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan ediblər.