BAKI, 13 noyabr. TELEQRAF

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola ABŞ milli futbol komandasını çalışdıra bilər.

Teleqraf xəbər verir ki, ABŞ Futbol Federasiyası gələn həftə ispaniyalı mütəxəssislə ilkin danışıqlara hazırlaşır.

Qvardiola hazırkı baş məşqçi Maurisio Poçettinonun əvəzlənməsi üçün əsas namizəd hesab olunur. Kataloniyalı mütəxəssisin də bu təklifə müsbət yanaşdığı bildirilir. Bununla belə, tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir və hər hansı razılıq əldə olunmayıb.

Poçettino yaxın günlərdə ABŞ millisini KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Haiti ilə keçiriləcək oyunlara çıxaracaq. Bundan sonra argentinalı mütəxəssisin İngiltərəyə yollanaraq gələn çərşənbə günü “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinin icrasına başlayacağı gözlənilir.