BAKI, 3 mart. TELEQRAF

Bir sıra hallarda valideynlər övladlarının yaşadığı ərazi üzrə məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilməsi ilə bağlı problemlərlə üzləşməkdədirlər.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, bu kimi hallarla bağlı aidiyyəti qurumlardan verilən cavablarda isə müəssisədə boş yer yaranacağı təqdirdə növbəlilik prinsipi əsasında uşaqların həmin müəssisəyə qəbul ediləcəyi bildirilir.

Bu baxımdan, mövcud tələbat nəzərə alınaraq dövlət əsaslı məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi bir daha təklif olunur.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.