BAKI, 16 fevral. TELEQRAF

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 17-də respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi bir sıra bölgələrdə duman olacaq.

Teleqraf xəbər verir ki, bu səbəbdən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.

Dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırır.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.