
BAKI, 14 fevral. TELEQRAF
Saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır.
Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.