BAKI, 6 fevral. TELEQRAF.

Sertifikatlaşdırma prosesinə ümumilikdə 64 901 nəfər cəlb olunub.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, yüksək nəticə göstərənlərin sayı 17 426 nəfərdir.

"Həmin şəxslərin maaşlarına 35 faiz artım olub. 38084 nəfər isə orta nəticə göstərib , həmin şəxslərin maaşlarına 10 faiz artım olub".