BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “NewsMax”a müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan və yəhudi xalqları arasında tarixi əlaqələr əsrlər əvvələ gedib çıxır.
H.Hacıyev Azərbaycan ilə İsrail arasında müdafiə və texnologiya, təhsil və kənd təsərrüfatı daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib:
"Biz bir çox müxtəlif sahələrdə – müdafiə və texnologiya, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlıq edirik".
Prezidentin köməkçisi Azərbaycandakı yəhudi icmasının ölkənin ictimai həyatında fəal iştirak etdiyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlıq qarşılıqlı etimad və ümumi maraqlara əsaslanır.