BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda 108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olduğu bildirilib.

Həmçinin vurğulanıb ki, bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirib.

Sonda bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsinin dərin ehtiram və minnətdarlıqla yad edildiyi diqqətə çatdırılıb.