BAKI, 15 iyul. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşılan təbrikdə qeyd edilir:

"Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!".