BAKI, 10 dekabr. TELEQRAF
Xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.