BAKI, 1 may. TELEQRAF

"Fövqəladə Hallar Nazirliyinin işi xalq tərəfindən müsbət qiymətləndirilir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Ölkə ərazisində demək olar hər gün yanğınlar baş verir, daşqınlar, zəlzələlər olur. Nazirliyin əməkdaşları bu işlərin həll olunması istiqamətində aktiv şəkildə iştirak edirlər. Həmçinin onlar nəinki Azərbaycanda, ölkə xaricində də uğur qazanıblar. Belə ki, Türkiyədə baş verən zəlzələdə hadisə yerinə ən birinci çatıb, insanların həyatlarının xilas edib, böyük fədakarlıq göstərdilər. O baxımdan nazirliyin əməkdaşlarının təltif olunması, medalların verilməsi təqdirəlayiq haldır", - o qeyd edib.