BAKI, 13 aprel. TELEQRAF

Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudea aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.