
BAKI, 13 aprel. TELEQRAF
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı pəhləvan həlledici qarşılaşmada macaristanlı Erik Silvassi 6:0 hesabı ilə məğlub edib.
***
20:28
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Teleqraf xəbər verir ki, Qənizadə bürünc medal uğrunda görüşdə Dünya Güləş Birliyinin bayrağı altında yarışan belaruslu Aleksandr Leonçiki 2:1 hesabı ilə üstələyib.
***
20:09
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda bolqarıstanlı Abu Muslim Amayevi 7:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Bu, Cəfərovun üçüncü qitə çempionluğudur.
***
19:33
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Teleqraf xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Məmmədli həlledici qarşılaşmada serbiyalı Georgi Tibilovla üz-üzə gəlib. Görüş azərbaycanlı pəhləvanın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Nihat Məmmədli ikiqat Avropa çempionu olub.