
BAKI, 13 aprel. TELEQRAF
Azərbaycan yunan-Roma güləş millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ümumi komanda hesabında birinci yeri tutub.
Teleqraf xəbər verir ki, milli üzvləri yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Bununla da Azərbaycan millisi 151 xal toplayaraq ən yaxın izləyicisi Türkiyəni 41 xal qabaqlayıb. Üçüncü yeri 104 xalla Macarıstan tutub.
Azərbaycan millisinin 10 üzvündən 6-sı fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş millisi 1 qızıl, 1 gümüş, 4 bürünc medalla Avropa çempionu olub.