BAKI, 10 aprel. TELEQRAF

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kuni Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan oruc və dualarımızı qəbul etməsini və bütün İslam ümmətinə səadət, cansağlığı, xeyir-bərəkət nəsib etməsini diləyirəm.

Bayramınız mübarək!"