
BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp dünyanın bütün media qurumlarına İran və Amerika arasında bu gün Omanda keçiriləcək danışıqları işıqlandırmaq icazəsi verib.
Teleqraf xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.
“Danışıqlarda heç bir məxfilik yoxdur. Dünyanın bütün xəbər agentlikləri danışıqları canlı və birbaşa işıqlandıracaq. Dünya xəbər agentliklərinin danışıqları işıqlandırmalarında heç bir məhdudiyyət yoxdur”, - məlumatda deyilir.