
BAKI, 12 aprel. TELEQRAF
Omanda İran-ABŞ görüşü başa çatıb.
Teleqraf xəbər verir bu barədə İran mediası məlumat verib.
Omanda keçirilən İran-ABŞ danışıqlarının ilkin görüşü Əraqçi ilə Uittakoff arasında birbaşa söhbətlə yekunlaşıb.
Məlumata görə, diplomatları müşayiət edən konvoylar tehran vaxtı ilə saat 17:20 radələrində məkanı tərk edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü çatdığını və tərəflər bu danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəlibldiyini bildirib.
İran Xarici İşlər Nazirliyi iki tərəfin nümayəndələri arasında dialoq mühitini “konstruktiv və öz hökumətlərinin mövqelərinə qarşılıqlı hörmətə əsaslanan “dialoq mühiti” adlandırıb və əlavə edib ki, şənbə günü keçirilən görüşdə Omanın xarici işlər naziri vasitəsilə “sanksiyaların ləğvi” və “İranın nüvə proqramı ilə bağlı məsələlər” barədə ətrafında fikir mübadiləsi aparılıb.
İran Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin bildirilib ki, iki saat yarım davam edən danışıqlardan sonra, İran və Amerika nümayəndə heyətlərinin başçıları danışıqları tərk edərkən Omanın xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.
***
İran və ABŞ nümayəndələri birbaşa müzakirələrə başlayıb. Bir neçə dəqiqə əvvəl iki tərəf eyni salonda görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Oman rəsmiləri bildirib.
Məlumata görə, müzakirələrdə irəliləyiş olduğundan nümayəndə heyətləri eyni zalda müzakirələri davam etdirəcək.
Qeyd olunub ki, nümayəndə heyətləri Oman Sultanının şam ziyafətinə dəvət edilib.
Danışıqlar yaxşı keçərsə, dolayı danışıqlardan birbaşa danışıqlara keçiləcək və hər iki nümayəndə heyəti Oman Sultanının verdiyi şam ziyafətində qonaq olacaq.
Xarici işlər naziri Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Omanın paytaxtı Maskatda müzakirələr başlayıb.
Hələlik müzakirələr davam edir. İclasa mətbuat nümayəndələri buraxılmayıb.