
BAKI, 13 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının şimalında HƏMAS hərəkatına məxsus 1,2 km uzunluğunda tuneli partladıblar.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tunelin yaxınlığında əsgərlər təxminən 20 partlayıcı qurğunun saxlandığı silah anbarı, həmçinin tank əleyhinə idarə olunan raketlər aşkar ediblər.
İsrail ordusu mətbuat xidmətindən Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcəkləri vurğulanıb.