BAKI, 12 aprel. TELEQRAF

Xamenei müzakirələrdə Əraqçiyə tam səlahiyyət verib.

Teleqraf “Reuters”ə istinadən məlumat verir.

Xəbər agentliyi adı açıqlanmayan İran rəsmisinə istinadən yazıb ki, İslam Respublikasının lideri Əli Xamenei ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün Abbas Əraqçiyə tam səlahiyyət verib.

“Sırf nüvə məsələsi ilə bağlı olan danışıqların müddəti Amerika tərəfinin ciddiyyətindən və xoş niyyətindən asılıdır”, - o, əlavə edib.

İran raket proqramı və müdafiə imkanları ilə bağlı istənilən danışıqları rədd edib.