
BAKI, 13 aprel. TELEQRAF
Kanadadan gələn turistlərdən asılı olan ABŞ-nin sərhəd şəhərlərinin iqtisadiyyatı risk altındadır.
Teleqraf xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Prezident Donald Trampın tətbiq etdiyi ticarət tarifləri səbəbindən kanadalılar əvvəllər daha ucuz ərzaq və benzin aldıqları ABŞ-nin sərhəd şəhərlərinə getməkdən imtina ediblər. Bu da həmin şəhərlərin iqtisadiyyatına ciddi təsir edib.
Məlumata görə, son bir neçə ayda benzin satışları 40-50 faiz azalıb.