BAKI, 10 aprel. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Azərbaycanda Türkiyə ilə danışıqların keçirildiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.

Netanyahunun ofisi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, Suriyada gərginliyin aradan qaldırılması üçün ötən gün Bakıda Türkiyə və İsrail arasında texniki görüş keçirilib.