BAKI, 4 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəslə bağlı danışıqlara qadağa qoyub. Bu da nizamlanma üzrə dialoqun mümkünlüyünü şübhə altına alır.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "Life"a müsahibəsində deyib.

“Zelenski atəşkəs danışıqlarına qadağa qoyub. Bu, Prezidentin fərmanı ilə qadağan olunubsa, onunla necə danışıq apara bilərik?”- deyə Peskov vurğulayıb.

O hesab edir ki, ABŞ-nin Ukraynaya hərbi yardımının dondurulması Kiyevi münaqişənin sülh yolu ilə həllinə meylləndirə bilər.

"Vaşinqtondan tədarük dayandırılarsa, Ukrayna silah-sursat, avadanlıq və kəşfiyyat məlumatlarının böyük hissəsini itirəcək" - deyə Kreml rəsmisi əlavə edib.