BAKI, 4 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, söhbət əsnasında Prezident Ərdoğan Yunanıstanın Baş naziri Miçotakisin doğum gününü təbrik edib.

İki lider Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq, dostluq və müttəfiqlik münasibətləri əsasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün birgə çalışmaq əzmində olduqlarını bir daha vurğulayıblar.